AZ

Danielyan: “Paşinyan bütün Ermənistanı verməyə hazırlaşır”

“Bir gün azərbaycanlılar xalqımızı məhv edəcək”.

KONKRET.az xəbər verir ki, bunu deputat Qarnik Danielyan bildirib.

“Paşinyan bəyan edir ki, o, Ermənistan ərazisindən bir millimetr də olsa da, imtina etmir. O yalan danışır. Biz hesablamışıq ki, onlar bütün Ermənistanı verməyə hazırlaşır.

Doğrudur, sərhəddə düşmənin qarşısına tikanlı məftillər çəkiləcək. Amma bu məftillər Azərbaycana mane olmayacaq. Çünki azərbaycanlılar bir dəqiqəyə tikanlı məftildən keçib bizi hər an öldürə bilər. Deyirlər ki, bizə tələb qoyulub, yerinə yetirməsək, müharibə olacaq. İndi nə edək? Biz onsuz da məhvə doğru gedirik. Müharibə olsa da, olmasa da. Paşinyan və komandasının öz xalqına qarşı heç bir məsuliyyəti yoxdur”.

Natiq Səlim,

KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
1
Mənbələr
Şərh ()
Bağla