AZ

“Dəfn müavinətini almaqda problemlər var”

“Dəfn müavinətini almaqda problemlər var”.

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa bildirib.

O deyib ki, istənilən Azərbaycan vətəndaşı işləyib-işləməməsindən asılı olmayaraq, bu müavinəti almalıdır:

“Əmək pensiyası alanlar üçün bu məbləğ 500 manatdır. Bütün vətəndaşlara 300 manat da olsa, 500 manat da olsa, dəfn müavinəti verilməlidir. Digər problem pullu “Qaynar xət”lərlə bağlıdır. Pullu əsaslarla “Qaynar xətt” anlayışı ortadan qalxmalıdır”.

Humay İSGƏNDƏRLİ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
13
Mənbələr
Şərh ()
Bağla