AZ

Bu ölkədə müştəriləri aldadan aviaşirkət cərimələnib

Müəllif:Ayşən İmanova/Banco.az

Avstraliyanın ən böyük aviaşirkəti “Qantas” planlaşdırılmayan reyslərə bilet satdığı və ləğv olunan reyslərlə bağlı müştəriləri xəbərdar etmədiyi üçün cərimələnib.

Banco.az xəbər verir ki, şirkət bu əməlinə görə 100 milyon Avstraliya dolları (66 milyon ABŞ dolları) cərimələnib. Bundan əlavə “Qantas” planlaşdırılmayan reyslər üçün bilet satdığı müştərilərinə də 20 milyon Avstraliya dolları (13 milyon ABŞ dolları) təzminat ödəməli olacaq. Bu, Avstraliya tarixində bir aviaşirkət üçün ən ağır cəza hesab edilir.

Məlumata görə, Avstraliya Rəqabət və İstehlak Komissiyası “Qantas”ı 2023-cü ildə məhkəməyə verib. Komissiya aviaşirkətin 2021-ci ilin mayından 2022-ci ilin iyuluna qədər ləğv edilmiş 8000-dən çox reysə bilet sataraq müştəriləri aldatdığını iddia edib. 

Qeyd edək ki, “Qantas” zərər çəkmiş sərnişinlərinə cərimə və təzminat ödəməyə razı olduğunu bildirib. Nəticədə 86 mindən çox insana 225 dollardan 450 dollara qədər ödəniş olunacaq.

Ən sərfəli kredit üçün müraciət et

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
Mənbələr
Şərh ()
Bağla