AZ

Zahid Oruc: Paşinyanı Bakıya dəvət etmək olar

Azərbaycan dövlətinin sanksiyalara cavabı Böyük qayıdışı gücləndirməsi, delimitasiyasını addım-addım irəliyə aparması, regionda sülhü qazanması olmalıdır.

 

Bunu parlamentin İnsan haqları komitəsinin sədri Zahid Oruc mayın 7-də, Milli Məclisin plenar iclasında çıxışı zamanı deyib.

 

O qeyd edib ki, sanksiyalara cavab kimi həmçinin Azərbaycan qardaş Türkiyə ilə hərbi-siyasi ittifaqı möhkəmləndirməli, region dövlətləri ilə konfrontasiyaya getməməli, Azərbaycan torpaqlarının işağlına dəstək verən konqresmenləri, dövlət katibi Ceyms Beykerdən, Göyçə dağlarına qədər gəlib çıxan Foq Rasmussenədək hamısını qara siyahıda dünyaya sülhün düşmənləri kimi göstərməlidir:

 

“Yəni, Paşinyanı Bakıya dəvət etmək olar. Siyasi düşmənlərimizin və sanksiyaçıların Azərbayacana yolu birdəfəlik bağlanmalıdır”.

 

Report

Tarix: 7 May 2024, 11:43   

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
27
Mənbələr
Şərh ()
Bağla