AZ

Polşa Ukrayna və Belarusa nəzarət etmək üçün hava şarları alacaq



Polşa ABŞ-dan Ukrayna, Belarusiya və Rusiyanın Kalininqrad vilayətinin hava məkanına nəzarət edə bilən Barbara şarlarını almaq niyyətindədir. TASS xəbər verir ki, bunu Polşa Silahlanma Agentliyinin rəhbəri general Artur Kuptel bildirib.Onun sözlərinə görə, tərəflər müvafiq sazişi imzalamağa yaxındırlar və Polşa belə hava şarlarını alan ilk Avropa dövləti olacaq.

Polsat telekanalı generaldan sitat gətirir: “Bu sənədi imzalaya bilməmiz üçün yekunlaşmalı olan yalnız [müqavilənin] təfərrüatları qalır”.
Polşa Silahlanma Agentliyinin rəhbəri qeyd edib ki, “Barbara” şarları Polşa hərbçilərinə aşağı hündürlükdə uçan hava hədəflərini izləməyə imkan verəcək və bunu yerüstü radiolokasiya stansiyalarından daha effektiv həyata keçirəcək.“Biz ölkəmizin ərazisində, NATO ərazisində icazəsiz görünə biləcək hər bir obyekti izləyə biləcəyik. Biz təhlükəni zərərsizləşdirmək üçün ilkin tədbirlər görə biləcəyik”, - deyə Kuptel Polşanın dəqiq neçə şar əldə edəcəyini açıqlamayıb.
Əməliyyatın məbləği də açıqlanmır.

Bundan əvvəl Polşanın tank ekipajları Seulun təchiz etdiyi K2 Qara Pantera tanklarından istifadə etməklə Rusiyanın Kalininqrad vilayətinin sərhədi yaxınlığında canlı atəş təlimləri keçirib. Eyni zamanda Polşa Xarici İşlər Nazirliyi Berlin müvafiq tələb irəli sürərsə, alman qoşunlarını öz ərazisində yerləşdirməyə razı olduğunu açıqlayıb.

aia.az
Tərcümə şöbəsi



Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
21
Mənbələr
Şərh ()
Bağla