AZ

Renat Dadaşovun komandasında maliyyə böhranı yaşanır

Türkiyə Super Liqasında qalmaq üçün mübarizə aparan "Hatayspor"a İstanbul Gənclər və İdman Əyalət Müdirliyi tərəfindən 5 milyon lirəlik girov göndərilib.

"Operativ Media" xəbər verir ki, bu haqda"Hatayspor"un vitse-prezidenti Aydın Toksöz "Hürriyet"ə açıqlamasında bildirib.

İki dövr Rivada qaldıqlarını ifadə edən Aydın Toksöz bunları söyləyib:

 “29 iyun 2023-cü ildə içəri girdik, sentyabrın 10-da bizə dedilər ki, obyekti boşaldın, yataqxanaya çevirəcəyik. Lakin sentyabrın 15-də bizə veriləcəyi deyilən obyektlər verilmədi, Rivadan ayrıla bilmədik, çünki küçədə qala bilməzdik.

Daha sonra bir şirkətdən özümüz təmizlik məhsulları alaraq qalmağımıza davam etdik. İndi bu 5 milyon girovumuz var. Klubda pul var ki, biz ödəyək? Biz dəstək gözlədiyimiz vaxtda girov gəldi”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
Mənbələr
Şərh ()
Bağla