Türkiyə Super Liqasında qalmaq üçün mübarizə aparan "Hatayspor"a İstanbul Gənclər və İdman Əyalət Müdirliyi tərəfindən 5 milyon lirəlik girov göndərilib.
"Operativ Media" xəbər verir ki, bu haqda"Hatayspor"un vitse-prezidenti Aydın Toksöz "Hürriyet"ə açıqlamasında bildirib.
İki dövr Rivada qaldıqlarını ifadə edən Aydın Toksöz bunları söyləyib:
“29 iyun 2023-cü ildə içəri girdik, sentyabrın 10-da bizə dedilər ki, obyekti boşaldın, yataqxanaya çevirəcəyik. Lakin sentyabrın 15-də bizə veriləcəyi deyilən obyektlər verilmədi, Rivadan ayrıla bilmədik, çünki küçədə qala bilməzdik.
Daha sonra bir şirkətdən özümüz təmizlik məhsulları alaraq qalmağımıza davam etdik. İndi bu 5 milyon girovumuz var. Klubda pul var ki, biz ödəyək? Biz dəstək gözlədiyimiz vaxtda girov gəldi”.