AZ

İnqilabçı yepiskop agent çıxdı- Erməni keşişlər

Artıq proseslər fərqli istiqamətə yön alıb. Etirazçılar son günlər keşiş Baqrat Qalstanyanın ətrafında toplaşaraq İrəvana doğru yürüş təşkil edirlər. Onların əsas tələbi baş nazir Nikol Paşinyanın istefasıdır.

Hadisələrin mərkəzində olan keşis Baqratla bağlı isə əmaraqlı məlumatlar yayılır. Hakim "Mülki Müqavilə" partiyasının deputatı Qaqik Melkonyan keşişin Rusiya agenti olmasını iddia edib. Deputat ölkədə çevriliş etməyə çalışan Baqratın azsaylı tərəfdarının olmasını isə ələ salıb.

Onun sözlərinə göre Tavuşdan İrəvana yürüş edən keşiş özünü Nikol Paşinyana oxşatmağa çalışır. Paşinyanın deutatı məlum aksiya və yürüşlərin ölkəni dağıdacağı barədə deyilənlərlə də razılaşmayıb: "Hakimiyyətin sarsılması hardan və necə məlum olub? Baqratın Tavuşdan kənara çıxması siyasi hakimiyyəti sarsıdıb? Heç nə baş verməyəcək. Müxalifət ətrafına adam toplaya bilmədi. Baqramyan prospektini aylarla bağlı saxladılar. İnsanları toplamaq üçün hər şeyi etdilər, amma bacarmadılar. İndi isə yepiskopla cəmi 40 nəfər gəlir. Nikol Paşinyan 12 nəfərlə Gümrüdən gəlmişdi. Baqrat Srpazan bel çantasını unudub, gərək bel çantasını da götürəydi. Bel çantası yoxdursa, uğur qazana bilməyəcək".

Deputat revanşist qüvvələrdən "5-ci kolon” kimi Ermənistanı müharibəyə sürükləmək üçün istifadə olunduğunu da bildirib.

“Baqrat əksər başqa din xadimləri kimi Rusiyanın ən yaxşı agentlərindən biridir. Rusiyanın Ermənistanda həmişə agentləri olub. Onlar elə indi də fəaliyyət göstərirlər. Kilsə KQB-yə bağlı idi. Xaricdəki kilsə xadimlərimizin yarıdan çoxu KQB agenti olub. Yepiskop Baqrat Tavuş yeparxiyasının rəhbəridirsə, niyə paytaxta doğru gəlir, İrəvanı işğal etməyə gəlir? Orada səlahiyyətli şəxslər var, ona başa saldılar ki, sərhəd demarkasiya olmalıdır, dövlət sərhədimiz olmalıdır. “Əsgərimizin ayağı olan yerdə sərhədimiz var” deməsi isə çox təhlükəli tezisdir".
Tural Tağıyev
AzVision.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
61
1
Mənbələr
Şərh ()
Bağla