AZ

Denisa Sakova: “Slovakiya şirkətləri Azərbaycana sərmayə qoymaqda maraqlıdırlar”

“Azərbaycan ilə Slovakiya arasında kifayət qədər dərin ticarət əlaqələri inkişaf edib”.

Bu sözləri Bakıda keçirilən Azərbaycan-Slovakiya Biznes Forumunda Slovakiya Baş nazirinin müavini, iqtisadiyyat naziri Denisa Sakova deyib. O əlavə edib ki, ölkələrimiz arasında imzalanan sazişlər şirkətlərimizin bazara çıxışını asanlaşdıracaq.

D.Sakova onu da vurğulayıb ki, Slovakiyada Azərbaycan ilə əməkdaşlığa maraq artır: “Bu gün bu forumda 40-a yaxın şirkət iştirak edir. Onların məqsədi qarşılıqlı əməkdaşlığı genişləndirməkdir. Slovakiya şirkətləri Azərbaycana sərmayə qoymaqda maraqlıdırlar”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
1
Mənbələr
Şərh ()
Bağla