AZ

Antonov: Rusiyanın nüvə təlimi zəruri tədbirdir

“Rusiya ordusunun keçirəcəyi nüvə təlimi Qərbin təhdid siyasətinə qarşı məcburi tədbirdir”.

Editor.az xəbər verir ki, bu barədə Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov deyib.

Səfir qeyd edib ki, ABŞ və müttəfiqləri Ukraynaya getdikcə daha çox rus xalqını öldürmək və Rusiya ərazisini vurmaq üçün nəzərdə tutulmuş öldürücü silahlar göndərirlər. Rusiyanın heç kəsi təhdid etmədiyini vurğulayan Antonov, “Lakin Vaşinqtondakı relsdən çıxmış strateqlər və onların Avropadakı təbəələri anlamalıdırlar ki, Rusiya öz suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün hər vasitəyə əl atacaq. Qərb birtərəfli şəkildə gərginliyi artırmağa çalışır. Ona qarşı heç bir şey uğurlu olmayacaq”,- deyə o bildirib.

Rusiya Müdafiə Nazirliyi Baş Komandan və Prezident Vladimir Putinin göstərişi ilə qeyri-strateji nüvə qüvvələrinin hazırlıq səviyyəsini artırmaq məqsədilə raket birləşmələrinin iştirak edəcəyi təlimin təşkil ediləcəyini açıqlayıb.

“Rusiya Silahlı Qüvvələrinin Ali Baş Komandanının göstərişi ilə Baş Qərargah Cənub Hərbi Dairəsinin raket bölmələrinin, aviasiya vasitələrinin və həmçinin Qeyri-strateji nüvə qüvvələrinin döyüş tapşırıqlarına hazırlıq səviyyəsini ən qısa zamanda artırmaq üçün Rusiya Hərbi Dəniz Qüvvələri iştirak edəcək. Tədbirə hazırlıqlara başlayıb”,- Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada deyilir.
Təlimin hərbi heyətin və texnikanın qeyri-strateji nüvə silahlarından istifadəyə hazırlıq səviyyəsinin dəstəklənməsi məqsədilə həyata keçiriləcəyini qeyd edən nazirlik, bununla da Rusiyanın ərazi bütövlüyünü və milli suverenliyini tamamilə təmin etməyə yönəlmiş təlimlər keçirəcəyini vurğulayıb.

//Gülnarə Abasova, Editor.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
Mənbələr
Şərh ()
Bağla