AZ

Almaniya xidmətə yararlı olanların hamısını qeydiyyata almaq təklif edilir

Almaniya Hərbi İttifaqının rəhbəri, polkovnik Andre Vüstner bildirib ki, Bundesverə hərbi xidmətə yararlı bütün vətəndaşları qeydiyyata almaq imkanı verilməlidir. "Yeni Azərbaycan"  xəbər verir ki, o, bu fikri "ARD" telekanalında debat zamanı bildirib.

Vüstner bildirib ki, məcburi hərbi çağırışın bir çox üstünlükləri var. Bununla belə, onun tətbiqi,  hazırda mövcud olan təhlükəsizlik siyasəti sahəsində əsaslandırma tələb edir.

Hərbçi həmçinin ölkənin müdafiə naziri Boris Pistorius tərəfindən başlatılan Bundesverin yenidən təşkilini dəstəkləyib. Vüstner bildirib ki, məqsədlərinə çatmaq üçün ona kadr lazımdır.

Havar Şəfiyeva

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
Mənbələr
Şərh ()
Bağla