AZ

İbadət zamanı keşişə atəş açmağa cəhd etdi - Kilsədə dəhşət anlar!

ABŞ-ın Pensilvaniya ştatında kilsə mərasimi zamanı keşişə atəş açmağa cəhd edən şəxsin silahı açılmayıb.

Ucnoqta.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, polis hadisənin bazar günü baş verdiyini bildirib. Həmin şəxs zərərsizləşdirilib.

Şahidlərin sözlərinə görə, 26 yaşlı Bernard J. Polite saat 13 radələrində kilsəyə daxil olub və sonra keşişə doğru addımlayıb. Silahı çəkib atəş açmaq istəsə də cəhdi alınmayıb. O, digər şəxslər tərəfindən saxlanılıb.

Məhkəmə sənədlərinə görə, “Mənə bunu Allah buyurdu” deyən Polite keşişə güllələyərək həbsə girməyi planlaşdırıb.

 

 


Yerli televiziyaya danışan keşiş, Politenin ona gülümsədiyini və silahı göstərməmişdən dərhal əvvəl göz təması qurduqlarını, daha sonra bir yığıncaq üzvünün Politin üzərinə atıldığını söylədi.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
Mənbələr
Şərh ()
Bağla