AZ

Güclü leysan yağışları: 15 nəfər ölüb

Əfqanıstanın bir çox bölgəsində leysan yağışların yaratdığı seldə 8 nəfər, ildırım vurması nəticəsində isə 7 nəfər həyatını itirib.

"Cebhe.info" xəbər verir ki, Əfqanıstan Milli Fəlakət İdarəsi (ANDMA) tərəfindən verilən açıqlamada sel nəticəsində 1142 hektar kənd təsərrüfatı sahəsinin su altında qaldığı, 11450 baş heyvanın tələf olduğu bildirilib. ANDMA 189 evin tamamilə və ya qismən dağıldığını və seldən zərər çəkmiş ərazilərdə işlərin eyni vaxtda davam etdiyini bildirdi.

Herat bölgəsinin sakinləri 30-a yaxın evin tamamilə dağıldığını, eyni ailədən 4 nəfərin həlak olduğunu bildiriblər. Qorun Çahar Səda və Marqab rayonları arasındakı yol nəqliyyat üçün bağlanıb və 500 ailə məcburi köçkün düşüb. Əfqanıstanın Miqrasiya və Qaçqınlar Nazirliyi köçkün ailələrin dağlarda açıq havada yaşadığını və təcili yardıma ehtiyacı olduğunu bildirib.

Nazirlik can itkisinin arta biləcəyi ilə bağlı xəbərdarlıq edib. Uruzqan əyalətində ildırım vurması nəticəsində 7 nəfər ölüb, 10 nəfər yaralanıb. Fərəh əyalətində də xeyli maddi ziyan dəydiyi bildirilir.

Nigar Hacılı

"Cebhe.info"

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
Mənbələr
Şərh ()
Bağla