AZ

“Ulu Öndər Heydər Əliyev dünya miqyaslı lider, siyasi xadim olub” - Sahibə Qafarova

“Parlamentin bu günkü iclası xüsusi əlamətdar tarixi gün ərəfəsində keçirilir. Üç gün sonra Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin yubileyi qeyd ediləcək”. 


Missiya.Az xəbər verir ki, bunu parlamentin bu günki iclasında spiker Sahibə Qafaraova deyib: 


“Ulu Öndər Heydər Əliyev dünya miqyaslı lider, siyasi xadim olub”. 


O qeyd edib ki, Azərbaycan xalqının taleyi ulu öndər Heydər Əliyevin uzaqgörənliyi ilə bağlı olub: “Ulu Öndər Heydər Əliyev Azərbaycanı düşmüş olduğu çətinliklərdən çıxararaq bu günki inkişaf mərhələsinə yükəltmişdir. Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan özünün ən qüdrətli dövrünü yaşayır. Cənab Prezidentin rəhbərliyi ilə Vətən Müharibəsində və 2023-cü ilin 19-20 sentyabr tarixlərində həyata keçirilən antiterror tədbirlərinin nəticəsi olaraq Azərbaycan özünün ərazi bütövlüyünü və suverenliyini təmin edib”.


Missiya.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
5
Mənbələr
Şərh ()
Bağla