AZ

Azərbaycan Slovakiyanın mühüm tərəfdaşı olaraq strateji rol oynayır - Denisa Sakova

Bakı. Trend:

Azərbaycan Slovakiyanın mühüm tərəfdaşı olaraq strateji roloynayır.

Trend xəbərverir ki, bu barədə bu gün Slovakiya Respublikasının baş nazirininmüavini, iqtisadiyyat naziri Denisa Sakova Bakıda keçirilənAzərbaycan-Slovakiya biznes forumunda deyib.

Onun sözlərinə görə, iki ölkə arasında əməkdaşlıq ilbəil artırvə bu ilin aprel ayında ikiqat vergiqoymanın olmaması üçünimzalanmış saziş buna imkan yaradacaq.

Sakova qeyd edib ki, bu cür sazişin, eləcə də 11 sənəddən ibarətmüqavilə-hüquq bazasının olması qarşılıqlı iqtisadi əməkdaşlığındərinləşməsinə imkan yaradacaq.

"Bakıya Slovakiyadan 37 şirkət və strukturun nümayəndələrigəlib. Səfər çərçivəsində onların məhsuldar danışıqlar keçirəcəyinəinanıram", - o deyib.

Nazir həmçinin, hazırki biznes forumun iki ölkənin şirkətləri vəiş adamları arasında sıx əlaqələrin qurulması üçün səmərəliplatforma olduğunu əlavə edib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
Mənbələr
Şərh ()
Bağla