AZ

Bu ölkədə ağcaqanadların işğalı başlayıb

Dubayda rekord miqdarda yağan yağışdan sonra denq qızdırması da daxil olmaqla təhlükəli xəstəliklər daşıyan ağcaqanadların işğalı başlayıb.

Medianews.az xarici mediaya istinad edərək xəbər verir ki, ölkənin səlahiyyətli orqanlarının həşəratların çoxalma sahələrini ləğv etmək üçün tədbirlər gördüyü dəqiqləşdirilir.

Onlar həmçinin ölkə daxilində yoluxma hallarını minimuma endirmək niyyətindədirlər. Bu məqsədlə hökumət vətəndaşlara və turistlərə açıq rəngli, bol, uzunqol paltar geyinməyi və açıq dəriyə ağcaqanad kovucu sürtməyi tövsiyə edir.

Bundan əvvəl Dubay rəsmiləri güclü yağışlardan sonra əmirlikdə bir dənə də olsun vəba xəstəliyinin qeydə alınmadığını bildirmişdilər. Yerli hakimiyyət orqanları aramsız yağan yağışlar nəticəsində suyun çirklənməsi ilə bağlı məlumatları təkzib ediblər.

Aprelin sonunda BƏƏ-də rekord miqdarda yağan yağışdan sonra Dubay Beynəlxalq Hava Limanı tam fəaliyyətə qayıdıb. Məşhur kurort şəhərinin hava limanının nümayəndələri bildiriblər ki, güclü yağışlar nəticəsində yaranan fasilələr artıq aradan qaldırılıb.

Medianews.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
Mənbələr
Şərh ()
Bağla