AZ

AFFA Türkiyə millisinin sabiq baş məşqçisinə TƏKLİF GÖNDƏRDİ

Türkiyə yığmasının sabiq baş məşqçisi Ştefan Kunts Azərbaycan millisinin sükanı arxasına əsas namizədlərdən biridir.

Bakıvaxtı.az Almaniya mətbuatına istinadən xəbər verir ki, AFFA 62 yaşlı mütəxəssislə danışıqlar aparır. İddiaya görə, milli assosiasiya almaniyalı çalışdırıcıya yaxşı şərtlərlə təklif irəli sürüb.

Təcrübəli məşqçinin xidmətində Almaniyanın “Bavariya” klubu və Kanada yığmasının da maraqlı olduğu bildirilib.

Qeyd edək ki, Ştefan Kuntsun son iş yeri Türkiyə millisi olub. O, ötən ilin sentyabrında istefaya göndərilib. Mütəxəssis ölkəsinin aşağı liqa klublarında və U-21 yığmasında da çalışıb.AZƏRTAC

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
4
Mənbələr
Şərh ()
Bağla