AZ

Dörd ayda ölkəmizə neftdən 2 milyard dollar gəlir gəlib

Bu ilin yanvar-aprel aylarında – (01.01.2024 – 01.05.2024 tarixinə) Azərbaycan Dövlət Neft Fondunun “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağından əldə etdiyi gəlirləri 1 milyard 798,6 mln. ABŞ dolları təşkil edib. 

Bu barədə Azpost.info-ya Neft Fondundan məlumat verilib.

Qeyd olunan dövr ərzində Şahdəniz yatağından (qaz və kondensat) gələn gəlir 202,715 mln. ABŞ dolları olub. Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər isə (01.01.2024-01.05.2024 tarixinə): 60,784 mln. ABŞ dolları təşkil edib.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
151
Mənbələr
Şərh ()
Bağla