AZ

Bakının bir məktəbində şagirdlər yay tətilinə tez BURAXILACAQLAR

Respublika İncəsənət Gimnaziyası yaxın günlərdə əsaslı təmirə bağlanacaq.

Baku.ws-in əldə etdiyi məlumata görə, mayın sonunda məktəb vaxtından əvvəl yay tətilinə çıxacaq. Bundan sonra burada təmirə start veriləcək.

Şagirdlər isə növbəti tədris mövsümündən dərsə müvafiq olaraq 189 və 190 saylı məktəblərdə başlayacaqlar.

Belə ki, İncəsənət Gimnaziyasından ibtidai siniflər növbəti təhsil mövsümünü 189 saylı, yuxarı sinif şagirdləri isə 190 saylı məktəbdə başlayacaqlar. 

İbtidai sinif şagirdləri 1-ci növbə, yuxarı sinif şagirdləri isə 2-ci növbə oxuyacaqlar. 

Gimnaziyada əsaslı təmirin 1 il ərzində yekunlaşacağı planlaşdırılır. 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
1
21
Mənbələr
Şərh ()
Bağla