AZ

Bakının bir məktəbində şagirdlər yay tətilinə tez buraxılacaqlar

Respublika İncəsənət Gimnaziyası yaxın günlərdə əsaslı təmirə bağlanacaq...Baku.ws-in əldə etdiyi məlumata görə, mayın sonunda məktəb vaxtından əvvəl yay tətilinə çıxacaq. Bundan sonra burada təmirə start veriləcək.Şagirdlər isə növbəti tədris mövsümündən dərsə müvafiq olaraq 189 və 190 saylı məktəblərdə başlayacaqlar.Belə ki, İncəsənət Gimnaziyasından ibtidai siniflər növbəti təhsil mövsümünü 189 saylı, yuxarı sinif şagirdləri isə 190 saylı məktəbdə başlayacaqlar.İbtidai sinif şagirdləri 1-ci növbə, yuxarı sinif şagirdləri isə 2-ci növbə oxuyacaqlar.Gimnaziyada əsaslı təmirin 1 il ərzində yekunlaşacağı planlaşdırılır.Poliqon.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
185
21

10Mənbələr