AZ

Ölkəmizin təcrübəsi müsbət və mütərəqqi nümunə kimi diqqəti cəlb edir”- ÖZƏL

"Müasir dövrdə qloballaşma şəraitində dünyanın bir sıra bölgələrdə mürəkkəb proseslər baş verir. Bəzi ölkələrdə maliyyə-iqtisadi və siyasi böhran hallarına rast gəlinir". "Olaylar" xəbər verir ki, bunu millət vəkili Sevinc Fətəliyeva deyib: "Xüsusilə, müxtəlif regionlarda münaqişələrin, müharibələrin mövcud olması qlobal kataklizmlərin mövcudluğundan xəbər verir. Ətraf, yaxın regionlarda da belə mürəkkəb vəziyyət müşahidə olunur. Bu gərginlik isə siyasi kataklizmlərin dərinləşməsini şərtləndirir ki, bu da nəticə etibarilə, həm inteqrasiya və əməkdaşlığı zəiflədir, həm də siyasi münasibətlərdə müəyyən qədər etimadsızlıq mühitinin, ziddiyyətlərin artmasına səbəb olur. Belə olan şəraitdə milli dövlətlərin siyasi sabitliyi və iqtisadi inkişafı təmin etmələri daha çox strateji əhəmiyyət kəsb edir. Bu kontekstdə ölkəmizin təcrübəsi müsbət və mütərəqqi nümunə kimi diqqəti cəlb edir. Yəni, qlobal miqyasda hökm sürən belə bir mürəkkəb şəraitdə Azərbaycan ictimai-siyasi sabitliyin təmin olunduğu, pozitiv beynəlxalq imicə sahib olan ölkələr sırasında aparıcı yerlərdən birini tutur".
 
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
Mənbələr
Şərh ()
Bağla