AZ

AZAL-dan Bakı və Dubay arasında uçuşlara xüsusi təklif

7 may 2024-cü il, Bakı – Azərbaycanın milli aviadaşıyıcısı AZAL 7–23 may 2024-cü il tarixlərində Bakı və Dubay arasında olan uçuşlara xüsusi təklif təqdim edir.
 
Təklif yüksək tələbat dövrü istisna olmaqla aviaşirkətin 3 iyun–5 sentyabr 2024-cü il tarixlərində həyata keçirəcəyi reyslərinə şamil olunur.
 
Bakıdan Dubaya aviabiletlərin qiyməti
Bir tərəfə:
• Gecə reysləri – 88 avrodan
• Səhər reysləri – 108 avrodan
Gediş-dönüş:
• Gecə reysləri – 168 avrodan
• Səhər reysləri – 208 avrodan
 
Dubaydan Bakıya aviabiletlərin qiyməti
Bir tərəfə:
• Gecə reysləri – 348 dirhəmdən
• Səhər reysləri – 428 dirhəmdən
Gediş-dönüş:
• Gecə reysləri – 666 dirhəmdən
• Səhər reysləri – 828 dirhəmdən
 
Qeyd edək ki, biletlərin qiymətinə baqaj daxil deyil, lakin 10 kq-a qədər əl yükünün daşınmasına icazə verilir.
 
Təklifdən yararlanaraq xüsusi qiymətlərlə Dubaya bilet almaq və macəra dolu yay tətili keçirmək fürsətini qaçırmayın!
 
Aviabiletləri aviaşirkətin rəsmi www.azal.az saytından və yenilənmiş mobil tətbiqindən əldə etmək mümkündür.
 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
97
34
Mənbələr
Şərh ()
Bağla