AZ

“Ukraynaya yüz minlərlə mərmi verəcəyik” – Armin Papperger

Yazını böyüt
Yazını kiçilt

Alman müdafiə şirkəti Rheinmetall-ın baş direktoru Armin Papperger bu il Ukraynaya yüz minlərlə mərmi tədarük edəcəklərini açıqlayıb.

Hafta.az-ın yazdığına görə, Papperger müxtəlif döyüş sursatlarının, o cümlədən 100 kilometr mənzilli prototip artilleriya mərmilərinin çatdırılacağını bildirib. Şirkətin artilleriya sursatlarının istehsalında ixtisaslaşdığını vurğulayan Papperger artilleriya sursatlarının oyun dəyişdirici olduğunu deyib.

Qərb dünyasının adi müharibəyə hazır olmadığına diqqət çəkən Papperger, bu çərçivədə “Rheinmetall”ın xüsusilə Almaniya xaricində yeni obyektlər inşa etdiyini bildirib.

2023-cü ilin iyulunda “Rheinmetall” Ukraynada zirehli maşınların istehsalı üçün müəssisə açacağını vəd edib. İldə təxminən 400 tank istehsalı planlaşdırılan bu obyekt üçün Almaniya Federal Antiinhisar İdarəsi sentyabrda icazə verib. Rheinmetall  şirkəti 2023-cü ilin sonunda Ukraynada alman zirehli maşınlarının istehsalı üçün fabriklər icarəyə götürmək planlarını açıqlamışdı.

2024-cü ilin əvvəlində “Rheinmetall” Ukraynada yeni sursat istehsalı müəssisəsi qurmağı planlaşdırdığını açıqlayıb. Fevralda ukraynalı tərəfdaşı ilə anlaşma memorandumu imzalayan şirkət, bu müəssisənin hər il altırəqəmli miqdarda 155 mm-lik sursat istehsal edəcəyini açıqlayıb. Obyektin nə vaxt istifadəyə veriləcəyi və harada qurulacağı bildirilməyib.

Martın ortalarında Rheinmetall şirkəti Ukraynada ən azı daha dörd fabrik tikmək planlarını açıqlamışdı.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
42
hafta.az

10Mənbələr