AZ

Mirzoyan: Sülh prosesi haqqında optimist düşünürük

Ermənistanın Xarici İşlər Naziri Ararat Mirzoyan Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramovla keçiriləcək görüş haqqında danışıb.

Ednews erməni mediasına istinadən xəbər verir ki, nazir Azərbaycanla sülhün bərpa olunma prosesində optimist olduğunu bildirib.

Qeyd edək ki, iki ölkənin nazirləri yaxın zamanda görüş keçirəcəklər.

Mirzoyan qeyd edib ki, Ermənistanla Azərbaycan əsas məsələlər üzrə razılaşma əldə ediblər. Lakin, münasibətlərin inkişafı "enişli-yoxuşlu" ola bilər.

Fərid

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
Mənbələr
Şərh ()
Bağla