AZ

Aİ: Çinin subsidiyaları Avropa üçün təhlükədir


Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula von der Leyen Çinin elektrik avtomobilləri və polad sənayesi üçün dövlət subsidiyalarının Avropa sənayeləri üçün ciddi təhlükə yaratdığını bildirib.

Ednews  sozcu.com-a istinadən xəbər verir ki,  Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula fon der Leyen Aİ ilə Çin arasında iqtisadi rəqabətin ədalətli olması və balanssızlıqların aradan qaldırılması lazım olduğunu deyib.

Von der Leyen, Fransa prezidenti Emmanuel Makron və Çin prezidenti Si Cinpin Parisdə görüşüblər.

Üçtərəfli görüşdən sonra mətbuat konfransı keçirən von der Leyen iqtisadi və geosiyasi məsələlərin müzakirə edildiyini və AB ilə Çin arasında iqtisadi rəqabətin "ədalətli olması və balanssızlıqların aradan qaldırılması lazım olduğunu" bildirib.

Bazardakı balanssızlıqların "narahatlıq mənbəyi" olduğunu ifadə edən von der Leyen, "Şirkətlərimizi və iqtisadiyyatımızı müdafiə edəcəyik. Lazım gələrsə, bunu etməkdən əsla çəkinməyəcəyik" dedi. 

Bazara girişdəki balanssızlıqların davamlı olmadığını və aradan qaldırılması lazım olduğunu bildirən von der Leyen, AB-nin balanssızlıqlara nəzarət etmək üçün əlində olan vasitələrdən istifadə etməkdən çəkinməyəcəyini söylədi.

Xəyal Ramiz 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
Mənbələr
Şərh ()
Bağla