AZ

Oskanyan Qarabağdan köçmüş haykların dönüşü ilə bağlı Avropada keçirdiyi iki aylıq görüşlərin nəticələrini açıqladı

Qarabağdan köçmüş haykların “fundamental hüquqlarının müdafiəsi komitəsi”nin koordinatoru, Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan, komitənin üzvləri Karen Bekaryan, ləğv olunmuş separatçı rejim “deputat”ı Geqam Stepanyan dünən –mayın 6-da digər separatçı “deputat”larla 2 saatlıq görüş keçiriblər. Ötən həftə onlar media redaktorları ilə də görüşüblər. 
 
Moderator.az xəbər verir ki, bu haqda “Hraparak” məlumat yayıb.
 
Oskanyan separatçılara  ““artsax” xalqının kollektiv repatriasiyası və digər fundamental hüquqların müdafiəsi” ilə bağlı son 2 ayda xaricdə keçirilən görüşlərin nəticələrini təqdim edib. O, müxtəlif rəsmi şəxslər, beynəlxalq təşkilatın nümayəndələri, o cümlədən Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan üzrə xüsusi nümayəndəsi Toyvo Klaar ilə bir çox görüşlər keçirdiklərini bildirib. O,  Qarabağdan köçmüş haykların “hüquqları və xüsusilə repatriasiya məsələsinin həlli üçün bütün səylərini göstərəcəyini söyləyib.
 
 
Sabiq baş diplomat qeyd edib ki, “bu yol asan deyil, çünki nəinki dövlət səviyyəsində belə bir proqram həyata keçirilmir, başqalarının da belə bir proqramı həyata keçirmək cəhdlərinə mane olur. “Onun sözlərinə görə, Ermənistanın müxtəlif dövlətlərdə akkreditə olunmuş səfirləri dövlətin keçmiş rəsmisi ilə əlaqə qurur və Azərbaycanla sülhün bərqərar olması prosesinə guya mane olduqları üçün onu belə görüşlərdən çəkinməyə çağırırlar. Buna baxmayaraq, Oskanyan əmin edib ki, işlər davam etdiriləcək. O, deyib ki, komitə üzvləri arasında işi bölüblər, biri siyasi xətti irəli aparacaq, ikincisi hüquqi. Karen Bekaryana Ermənistanda mövzunu gündəmə gətirmək missiyası həvalə edilib. Oskanyanın fikrincə, ən kiçik şanslardan bu gün deyilsə, heç olmasa gələcək üçün istifadə edilməlidir”- erməni nəşri belə yazır.
 
S.Laçın
 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
22
moderator.az

10Mənbələr