AZ

İsmayıllıda yaşayış evi yanaraq külə döndü

İsmayıllıda fərdi yaşayış evi yanıb.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə gecə saatlarında şəhərin 16-cı məhəlləsində qeydə alınıb.

Belə ki, rayon sakini 1988-ci il təvəllüdlü Abbasov Kamran Məzahir oğluna məxsus ümumi sahəsi 72 kv metr burmərtəbəli kürsülü olan yaşayış evi yanar konstruksiyaları ilə birlikdə yanaraq külə dönüb.

Hadisə yerinə dərhal İsmayıllı rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və canlı qüvvəsi cəlb olunub.

Yanğın söndürülüb və digər ərazilərə keçməsinin qarşısı alınıb. Hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil.
Qeyd edək ki, yanğın zamanı xəsarət alan olmayıb.

Fakt araşdırılır.

Mənbə: bizim.media

Aqreqator

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
103
1
Mənbələr
Şərh ()
Bağla