AZ

Keçmiş Baş nazirin Avropa çempionu olan xanəndə kürəkəni və komanda üzvləri Vətənə qayıdıblar - VİDEO

İspaniyanın Barselona şəhərində keçirilən bodibildinq yarışında 1-ci yerə çıxaraq Avropa çempionu olan Pərviz Qasımov və komandanın digər üzvləri - Emin Çaqayev və Şükran Soltanov gecə saatlarında Vətənə qayıdıblar.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda idmançıların qarşılanma mərasimi olub. Mərasimdə idman ictimaiyyəti, media mənsubları, idmançıların yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bundan əvvəl Pərviz Qasımov Bakıda keçirilən bodibildinq yarışında 1-ci yerə çıxaraq mütləq çempion olmuşdu.

O eyni zamanda Milli Konservatoriyada müəllim vəzifəsində çalışır.

Qeyd edək ki, bodibildinq yarışında ölkəmizi təmsil edənlər arasında Rauf Əliyev də yer alıb. İdmançımız I yeri qazanaraq Avropa və Overall çempionu olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
103
19
baku.ws

10Mənbələr