İspaniyanın Barselona şəhərində keçirilən bodibildinq üzrə Avropa çempionatında iştirak edən idmançımız Fariz Nəcəfov öz kateqoriyasında 19 iştirakçı arasında 1-ci yerə çıxıb.
Bu barədə "Report"un Muğan bürosuna Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsindən məlumat verilib.
Bu qələbənin ardınca isə Çempionların çempionu tituluna yiyələnərək ölkəmizə 2 qızıl medal və 2 kubok ilə qayıdıb.
Qeyd edək ki, F.Nəcəfov 1998-ci ildə Biləsuvar şəhərində doğulub.
![](https://cdn.musavat.com/news/images/Ayten/BOD%C4%B0%201.jpeg)
![]( //cdn.musavat.com/news/images/ayten/bod%c4%b0%202.jpeg)
![]( //cdn.musavat.com/news/images/ayten/bod%c4%b0%203.jpeg)
![]( //cdn.musavat.com/news/images/ayten/bod%c4%b0%204.jpeg)
![]( //cdn.musavat.com/news/images/ayten/bod%c4%b0%205.jpeg)