AZ

Paşinyan bu dəfə qaça bilmədi, Putinlə tək qalacaq – 8 may hansının “9 May”ı olacaq?

Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan mayın 8-də bir araya gələcəklər.

Xatırladaq ki, Putin və Paşinyan sonuncu dəfə 2023-cü ilin dekabrında Sankt-Peterburqda keçirilən Aİİ sammitində şəxsən danışıblar.

Son illər ərzində münasibətlərin sərinləşdiyi, son bir ildə isə gərginliyin pik həddə çatdığı bir ərəfədə Putinlə Paşinyanın nəzərdə tutulan görüşü siyasi təhlilçilər tərəfindən diqqətlə izlənilir.

Maraqlıdır, görüşdə hansısa ciddi nəticələr əldə edilə bilərmi?

SAVASH.ORG-un məlumatına görə, Putinin köməkçisi Yuri Uşakov ikitərəfli görüşün Avrasiya İqtisadi Şurasının iclasından dərhal sonra baş tutacağını deyib:

“Gözlənilir ki, ikitərəfli görüşdə çoxsaylı məsələlər müzakirə ediləcək, çünki müzakirə üçün çoxlu məsələlər toplanıb. Rusiya ilə Ermənistan arasında münasibətlərdə problemli məsələlər yetərincədir və onların liderlər arasında açıq şəkildə müzakirə olunacağı gözlənilir”.

Orxan HƏSƏNLİ

SAVASH.ORG

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
125
35
Mənbələr
Şərh ()
Bağla