AZ

Ukrayna ordusu mayın 7-də Rusiya ərazisinə kütləvi zərbələr endirməyə HAZIRLAŞIR

Ukrayna Silahlı Qüvvələri mayın 7-də səhər saat 6-dan etibarən Rusiya ərazisinə kütləvi zərbələr endirməyə hazırlaşır.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası mənbələrə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, 50-dən çox pilotsuz təyyarə və onlarla uzaqmənzilli raketin hücumu gözlənilir.

Əvvəlcə hava hücumundan müdafiə resurslarından istifadə etmək üçün pilotsuz təyyarələri işə salmağı, sonra isə əvvəlcədən razılaşdırılmış hədəfi vurmağı planlaşdırırlar.

Qeyd olunur ki, bu, Ukraynadan mümkün ilk belə güclü hücumdur.

Xuraman Etibarlı

İnterpress.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
Mənbələr
Şərh ()
Bağla