AZ

Rəfah əməliyyatı 1 milyondan çox fələstinlinin həyatını riskə atacaq

ABŞ Prezidenti Co Bayden İsrailin baş naziri Benyamin Netanyahu ilə telefon danışığında Qəzza zolağının cənubunda yerləşən Rəfah şəhərində yəhudi dövlətinin həyata keçirəcəyi mümkün hərbi əməliyyatın 1 milyondan çox fələstinlinin həyatını riskə atacağını bildirib.

Viral.az TASS-a istinadla xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi növbəti brifinqdə bildirib.

O, iki ölkə liderləri arasında bazar ertəsi telefon danışığına toxunaraq vurğulayıb: “Biz 1 milyondan çox günahsız insanın həyatını potensial təhlükə altına sala biləcək Rəfah əməliyyatı ilə bağlı fikirlərimizi açıq şəkildə ifadə etmişik”.

“Baş nazir Netanyahu ilə telefon danışığı zamanı prezident bir daha açıq şəkildə bildirdi ki, biz girovların azad edilməsi ilə bağlı razılaşmanın bu nəticədən qaçmağın ən yaxşı yolu olacağına inanmağa davam edirik”, – Kirbi əlavə edib.

(redaktor.az)

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
1
Mənbələr
Şərh ()
Bağla