AZ

"Avropa öz müdafiə gücünü artırmalıdır" - Kuleba

"Avropanı oyatmaq və onu əsl qlobal oyunçuya çevrilməsinə sövq etmək lazımdır..."
 
"Heç bir ölkə müstəqil surətdə Ukraynanın müdafiəsinə kömək edə bilməz, buna yalnız kollektiv səylərimizlə nail ola bilərik..."
 
Ukrayna xarici işlər naziri Dmitri Kuleba bəyan edib ki, Avropa əleyhinə revanşist diktaturanı və Rusiyanı üstün müdafiə gücün köməyilə dayandırmaq olar, ona görə də sənayenin birgə gücləndirilməsi tələb olunur.
 
Moderator.az xəbər verir ki, bu barədə "liga.net" nəşri yazıb.
 
"Əgər Avropada sülhü qoruyub saxlamaq istəyiriksə, biz Avropa iqtisadiyyatına və müharibə dövrünün sənayesinə keçməliyik. 
 
Yaınız bu yolla Rusiyanın təcavüzünü dayandıra və Avropanın özünümüdafiə üçün vasitələrinin olduğunu nümayiş etdirə bilərik.
 
Ümumi müdafiə-sənaye məkanı bizə mövcud problemlərin öhdəsindən gəlməyə kömək edəcək. Heç bir ölkə müstəqil surətdə Ukraynaya kömək edə və onu müdafiə edə bilməz. Biz buna yalnız kollektiv səylərimizlə nail ola bilərik", - nazir deyib.
 
Kulebanın fikrincə, Avropa müdafiə sənayesinin inkişafı üç əsas amildən ibarətdir:
 
- Avropa İttifaqı çərçivəsində ümumi müdafiə sənayesi məkanının yaradılması;
 
- uzunmüddətli planlaşdırma, müqavilələr və satınalmalar;
 
- Ukrayna və Avropa İttifaqının müdafiə sahələri arasında əməkdaşlığın gücləndirilməsi.
 
Onun sözlərinə görə, hazırda Avropanı oyatmaq və onun əsl qlobal oyunçuya çevrilməsi üçün artıq bir çox cəsarətli addımlar atılıb. Lakin Ukraynanın qələbəsi və bütün Avropada uzunmüddətli sülh üçün daha çoxunu etmək lazımdır.
 
Ukraynada müharibə-Avropanın yardımı
 
Estoniya, Fransa və Polşa Avropanın müdafiə hazırlığını təcili olaraq yüksəltməyə çağırış edib, çünki hazırda o, "zamanla yarışdadır".
 
Bundan öncə bəlli olub ki, Ukrayna Avropa İttifaqının müdafiə sənayesinə dəstək proqramının tamhüquqlu üzvü ola bilər, bu da ölkənin təcrübəsindən istifadə etməyə və onun Avropa İttifaqına daxil olmasına kömək edəcək.
 
Avropa Komissiyası Avropa İttifaqına Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə cavab olaraq "müharibə iqtisadiyyatı rejiminə" keçməsi üçün özünün müdafiə sənayesinin stimullaşdırılması üsullarını təklif edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
154
50
Mənbələr
Şərh ()
Bağla