AZ

İstənilən məcburi köçkün maneəsiz şəkildə, öz dədə-baba torpaqlarına geri qayıtmaq hüququna malikdir-Sultan Zahidov- ÖZƏL

"Ümumiyyətlə qeyd etmək lazımdır ki, bu günə kimi beynəlxalq səviyyədə qaçqın və məcburi köçkünlərin öz dədə-baba torpaqlarına qayıtmasını təsbit edən onlarla beynəlxalq hüquqi sənədlər qəbul olunmuşdur. Bunlardan ən vacibi 1948-ci ildə qəbul olunan insan hüquqları haqqında universal bəyannamədir ki, həmin Bəyannamənin 13-cü maddəsində açıq-aşkar təsbit olunub ki, istənilən qaçqın və məcburi köçkün öz dədə-baba torpağına geri qayıtmaq hüququna malikdir". 

Bu fikirləri politoloq Sultan Zahidov Olaylar.az-a açıqlamasında bildirib:

"Eyni zamanda, oxşar maddələr Cenevrə protokolunda, 1951-ci ildə qəbul olunan Qaçqınların statusu haqqında iki konvensiyada və 1967-ci ildə qəbul olunan protokolda da qeyd olunmuşdur. Yəni bütün bu hüquqi sənədlər onu göstərir ki, istənilən məcburi köçkün və ya qaçqın, maneəsiz şəkildə təqib olunmadan öz dədə-baba torpaqlarına geri qayıtmaq hüququna malikdir. Qeyd etmək lazımdır ki, 1988, 1989-cu ildə Qərbi Azərbaycan, yəni bugünkü Ermənistandan 250 minə yaxın soydaşımız məcburi şəkildə qovularaq öz dədə-baba torpaqlarından didərgin düşmüşlər və sözsüz ki, həmin şəxslər bu gün qaçqın statusuna malikdirlər. O şəxslərin geri qayıtması beynəlxalq hüquqla təsbit olunub. Azərbaycan sözsüz ki, həmin beynəlxalq hüquqi sənədlərə, o cümlədən İnsan hüquqları haqqında Universal Bəyannaməyə istinad edərək 100 minlərlə soydaşımızın hal hazırda Ermənistan ərazisində yerləşən ərazilərə torpaqlara geri qayıtmasını əsaslandıra bilər. Ermənistan belə olan halda həmin şəxslərin təhlükəsizliyini təmin etməli və onların maneəsiz şəkildə öz torpaqlarına geri qayıtmasına, orada yaşamasına və işləməsinə şərait yaratmalıdır.
Digər tərəfdən Ermənistanın beynəlxalq hüququn prinsiplərinə hörmət etməsi müəyyən qədər sual doğurur. Çünki bu günə kimi Ermənistan heç zaman beynəlxalq hüquqa hörmət qoymamış, əksinə, bu prinsipləri tapdalamışdır. 30 il ərzində həyata keçirdiyi işğal siyasəti, BMT-nin qətnamələrinə məhəl qoymaması bir daha onu göstərir ki, Ermənistanın yürütdüyü siyasətlə beynəlxalq hüququn fundamental formaları ziddiyyət təşkil edir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
Mənbələr
Şərh ()
Bağla