AZ

Avropa İttifaqı Rusiyanın “RIA Novosti”, “İzvestiya” və digər media qurumlarına qarşı sanksiya tətbiq edəcək

Avropa İttifaqı rusiyayönlü dezinformasiya yaymaqda ittiham olunan “Rossiyskaya qazeta”, “RIA Novosti”, “İzvestiya” və digər KİV-lərə qarşı sanksiyalar tətbiq edəcək.

APA xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

“Biz onları kütləvi informasiya vasitəsi olaraq tanımırıq, onlar sadəcə olaraq Putinin təbliğat vasitəsidir”, - agentlik Avropa Komissiyasının vitse-prezidenti Vera Yurovadan sitat gətirib.

Bir müddət öncə Fransa höküməti Avropa ölkələrinə “dezinformasiya” ilə mübarizə üçün Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyi təklif etmişdi.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
Mənbələr
Şərh ()
Bağla