AZ

Qurban Qurbanov Premyer Liqaya dair iki təklif irəli sürdü, bunun əleyhinə oldu

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov legioner limitinin olduğu kimi saxlanılmasını istəyir.

Təcrübəli mütəxəssis gələn mövsüm də əcnəbi senzinin indiki kimi (7+4) qalmasına tərəfdardır.

Onun fikri artıq AFFA-nın yeni rəhbərliyinin diqqətinə çatdırılıb. Qurbanov hesab edir ki, limitin 8+3-ə dəyişməsi Premyer Liqanın səviyyəsini artırmayacaq.

“Şöhrət” ordenli çalışdırıcı bu qənaətdədir ki, çempionatın inkişafı iştirakçı sayının artırılmasından və onlara ayrılacaq büdcədən asılıdır.

Bu və digər məsələlər AFFA İcraiyyə Komitəsinin növbəti iclasında müzakirəyə çıxarılacaq. Federasiyanın ali orqanı qarşıdakı günlərdə toplaşacaq.

SPORTİNFO.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
77
16
Mənbələr
Şərh ()
Bağla