AZ

Bakıda toydan çıxan iki qadını avtomobili vurub, ölən varVİDEO

Bakıda toydan çıxan iki qadını minik avtomobili vurub.

Xezerxeber.az-ın məlumatına görə, hadisə ötən axşam paytaxtın Nizami rayonunda yerləşən şadlıq saraylarından birinin qarşısında baş verib.

Hadisə zamanı 63 yaşlı Gülarə Əfəndiyeva vəfat edib.

O, təhsil sahəsində tanınan şəxsdir. Uzun illər pedaqoji fəaliyyət göstərmiş Gülarə Əfəndiyeva 2012-2024-cü illərdə Bakı Modern Təhsil Kompleksinin direktoru vəzifəsində çalışıb. O, bir neçə gün əvvəl vəzifədən azad edilib.

Qəzada ağır xəsarət alan Kəmalə Bağırovanın da həmin təhsil kompleksində çalışdığı bildirilir.

Xəsarət alan Kəmalə Bağırovanın Sabunçu Tibb Mərkəzində müalicəsi davam etdirilir.

Sabunçu Tibb Mərkəzindən " Xəzər Xəbər"ə bildirilib ki, ötən gün saat 23:05 radələrində 65 yaşı qadın təcili tibbi yardım vasitəsilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya edilib. Qapalı kəllə-beyin travması, sağ budun əziyi, təpə nahiyəsinin cırılmış yaraşı və sifətin əziyi diaqnozları qoyulan qadın reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda müalicəsi davam etdirilir, vəziyyəti ağır-stabildir.

Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
Mənbələr
Şərh ()
Bağla