AZ

Rusiyadakı paradda hansı ölkələrin liderləri iştirak edəcək?

Moskvada keçiriləcək Qələbə paradında Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, eləcə də Kuba, Laos və Qvineya-Bisau liderləri iştirak edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.

 

O bildirib ki, MDB, İttifaq dövləti və KTMT-nin icra orqanlarının rəhbərləri də tədbirə dəvət olunub.

 

"Mayın 9-da xarici dövlətlərin başçıları və xarici nümayəndələr Böyük Vətən Müharibəsində Qələbənin 79-cu ildönümünə həsr olunmuş hərbi paradda iştirak edəcəklər”, - deyə Uşakov bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
81
2
Mənbələr
Şərh ()
Bağla