AZ

Fransa səfiri Rusiya XİN-ə çağırılıb

Fransa səfiri ölkə rəhbərliyinin "davakar bəyanatları və Parisin Ukraynadakı münaqişədə artan iştirakı” ilə əlaqədar Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.Bu barədə Rusiya XİN məlumat yayıb.

"Fransanın Ukraynaya mümkün qoşun göndərilməsi ilə bağlı bəyanatları ilə Rusiya üçün müəyyən "strateji qeyri-müəyyənlik” yaratmaq cəhdləri uğursuzluğa məhkumdur .

Fransa səfirinə Rusiyanın Parisin münaqişənin daha da genişlənməsinə səbəb olan dağıdıcı və təxribatçı xəttinə verdiyi qiymət təqdim edilib”, - Nazirlik bildirib.

www.anews.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
86
6
Mənbələr
Şərh ()
Bağla