AZ

Mirziyoyev mayın 9-da keçiriləcək Qələbə Paradının fəxri qonaqlarından biri kimi Moskvaya gələcək




Mayın 9-da Moskvada keçiriləcək Qələbə Paradının fəxri qonaqları arasında Özbəkistan Prezidenti Şavkat Mirziyoyev də var. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb."Paradın fəxri qonaqları aşağıdakılar olacaq: <...> Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev", - press-relizdə qeyd edilir.
Prezident administrasiyasından verilən məlumata görə, dövlət başçıları Rusiya prezidenti Vladimir Putinlə birlikdə Naməlum Əsgər məzarı önünə gül dəstələri qoyma mərasimində də iştirak edəcəklər.

Bir müddət əvvəl Rusiyanın ardınca Qazaxıstan və Qırğızıstanın hakimiyyət orqanları təhlükəsizlik baxımından “Ölümsüz alay” yürüşünün ləğv edildiyini açıqlamışdı. Rusiya-Qazaxıstan Mətbuat Mərkəzinin politoloqu və eksperti Andrey Vıpolzov deyir ki, burada başqa səbəb yoxdur.
Ekspert eyni zamanda, Qələbə Günündə MDB ölkələrindən olan Böyük Vətən Müharibəsi veteranlarının da diqqətdən kənarda qalmayacağını vurğulayıb.

aia.az
Tərcümə şöbəsi



Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
1
Mənbələr
Şərh ()
Bağla