AZ

F-35-lər Baltik səmasında patrul edəcək

Hollandiya dekabrda Estoniyaya F-35 qırıcılarını Baltikyanı hava məkanında patrul etmək üçün göndərmək niyyətindədir.

 

Oxu24.com  xəbər  verir  ki,bu barədə X (keçmiş Twitter) xəbər verib. Niderlandın Müdafiə Nazirliyinin rəhbəri Kaysa Ollonqren bildirib.


"Kral Hərbi Hava Qüvvələri 2024-cü ilin dekabrından 2025-ci ilin martına qədər patrul xidməti həyata keçirəcək. Hollandiya NATO-nun şərq cinahının həm quruda, həm də havada təhlükəsizliyini təmin etməyə qətiyyətlə sadiqdir",-deyə o bildirib.

 

Hollandiya Müdafiə Nazirliyinin dəqiqləşdirdiyi kimi, göndəriləcək qırıcıların dəqiq sayı ilə bağlı qərar NATO-nun ehtiyaclarına uyğun olaraq daha sonra veriləcək.

 

Hava məkanını izləmək və qorumaq üçün ən azı üç təyyarə tələb olunur.

 

Bununla belə, havadan mühafizə əməliyyatları aparmaq üçün daha çox qırıcıya ehtiyac ola bilər.

 

Ümumilikdə, nazirlik təklif edir ki, söhbət maksimum 10 F-35 qırıcısından və onları idarə etmək və saxlamaq üçün 90-dan 150-yə qədər hərbçidən gedir.

 

Nigar

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
20
Mənbələr
Şərh ()
Bağla