AZ

PSJ Donnarummaya əvəzləyici tapıb

Hazırda “Əl-Hilal” klubunda Səudiyyə Ərəbistanı çempionatında çıxış edən mərakeşli qapıçı Yasin Bunu Avropaya qayıda bilər.

90deqiqe.Az-ın "Todofichajes"ə istinadən məlumatına görə, afrikalının transferində Fransanın PSJ-si maraqlıdır. Parisdə Buna bu mövsüm göstərdiyi oyunla rəhbərliyi məyus edən Canluici Donnarummaya rəqib hesab olunur.

Yasinin "Əl-Hilal"la müqaviləsi 2026-cı ilə qədərdir. Onun potensial transferi 20 milyon avro qiymətləndirilir. Səudiyyə Ərəbistanı çempionatının cari mövsümündə Bunu 27 oyun keçirib və bu oyunda 16 qol buraxıb.



Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
Mənbələr
Şərh ()
Bağla