AZ

Fransa XİN TƏKZİB ETDİ: Ukraynaya qoşun göndərilməyib

Fransa Xarici İşlər Nazirliyi xarici legionun əsgərlərini Ukraynaya göndərmədiyini bəyan edib.

Bizim.Media xəbər verir ki, bu barədə Fransa XİN-nin rəsmi “X” hesabında məlumat verilib.

"Fransanın Ukraynaya dəstəyi ilə bağlı dezinformasiya kampaniyaları dayanmır, Fransa Ukraynaya qoşun göndərməyib", -deyəv ölkə XİN-nin bəyanatında bildirilib.

Qeyd edək ki, bir müddət əvvəl ABŞ müdafiə nazirinin müavininin keçmiş köməkçisi Stiven Brayan “Asia Times”da dərc olunan məqaləsində xarici legionun istehkamçıları və artilleriyasının yüz nəfərə qədər heyətinin artıq Ukraynaya göndərildiyini və guya onların Ukraynanın Slavyansk vilayətində yerləşdirildiyini idda etmişdi.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
Mənbələr
Şərh ()
Bağla