AZ

Rusiyanın neft-qaz sənayesi kadr çatışmazlığı - 1,86 milyon işçi lazımdır

1990-cı illərdə aşağı doğum səviyyəsinin yaratdığı demoqrafik böhran, eləcə də ordu və müdafiə sənayesində yüksək əməkhaqqı Rusiyanın neft və qaz şirkətlərində işçi çatışmazlığına səbəb olub. 

Valyuta.az xəbər verir ki, bu barədə "Bloomberg" yazıb.

"Kasatkin Consulting"in (Rusiya Federasiyasındakı Deloitte-nin keçmiş törəmə müəssisəsi) məlumatına görə, bu il Rusiyanın neft-qaz sənayesində 40 minə yaxın işçi azalıb. Şirkətlər vakansiyaların sayını xeyli artırıb, təkcə ixtisaslı mütəxəssislər deyil, həm də ixtisassız işçilər axtarırlar.

Enerji nəhəngləri daha yüksək maaş təklif edən hərbi və müdafiə şirkətləri ilə kadrlar uğrunda rəqabət aparmağa məcbur olurlar. "Kadr çatışmazlığı Rusiya iqtisadiyyatının bütün sahələrinə təsir göstərir", deyə Rusiya Federasiyası Mərkəzi Bankı qeyd edir. 

Nəşr yazır ki, yanvar-fevral aylarında neft-qaz sektorunda orta əmək haqqı ayda təqribən 125,2 min rubl (1,340 dollar) təşkil edib ki, bu da mükafatlar daxil olmaqla, ordunun maaşından aşağıdır.

Enerji şirkətləri vakant iş yerlərini doldurmaq üçün pensiya yaşına çatmamış insanları işə götürməyə məcburdurlar. Onların bir çoxu keçmişdə olduğu kimi təqaüdə çıxmaq əvəzinə mümkün qədər uzun müddət işləməyə davam etməyi üstün tuturlar.

Kadr çatışmazlığı problemi Rusiya üçün yeni deyil, lakin Ukraynadakı münaqişə onu ciddi şəkildə gərginləşdirib. Münaqişə başlayandan bəri keçmiş SSRİ ölkələrindən Rusiya Federasiyasına əmək miqrantlarının axını 4 dəfə azalıb.

Nəşr yazır ki, Rosstatın məlumatına görə, 2023-cü ildə xarici işçilərin xalis axını cəmi 110 min nəfər təşkil edib, 1,86 milyon işçiyə ehtiyac var.

Paşa Məmmədli

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
Mənbələr
Şərh ()
Bağla