AZ

Avropa komissarı: "Rusiya qazından imtina Aİ-yə baha başa gələcək, lakin..."

Rusiya qazından imtina Avropa İttifaqına baha başa gələcək, lakin o, buna hazırdır.

HİT.az xəbər verir ki, bunu enerji məsələləri üzrə Avropa komissarı Kadri Simson Ukraynanın energetika naziri Herman Qaluşenko ilə birgə mətbuat konfransında bildirib.

"Biz Avropa İttifaqının Rusiya qazı olmadan necə yaşaya biləcəyini düşündük. Bu, bizə baha başa gələcək, lakin buna hazırıq", deyə Simson bildirib.

O qeyd edib ki, Rusiya artıq Avropaya qaz tədarükünü azaldıb və bu, rusların qərarıdır, çünki ilk sanksiyalar paketi Rusiyanın mavi yanacağına məhdudiyyətlərə aid deyildi:

"Hazırda Aİ Rusiya qazını hələ də Türkiyə və Ukrayna vasitəsilə alır. Müqavilələrin müddəti bu ilin dekabrında başa çatacaq və biz tərəfdaşlarımızdan bu məsələ ilə bağlı danışıqlar aparmağı tələb etmirik".

Eyni zamanda, Avropa İttifaqı qazın, xüsusən də Slovakiya və Avstriya kimi ölkələrə nəqlinin alternativ yolları haqqında düşünməlidir.

Simson Rusiyanın Avropaya maye qaz tədarükünün mümkünlüyünü də xatırladıb. Onun sözlərinə görə, Avropa ölkələrinin energetika nazirləri Rusiya gəmilərinin LNG terminallarına çıxışını məhdudlaşdırmaq qərarına gəliblər.

"Bu, "dekarbondan təmizlənmiş" paketdir, keçən ay Avropa Parlamentində səsə qoyulub və bir az sonra dərc olunacaq", deyə Avropa komissarı bildirib.

Qeyd edək ki, Rusiya qazının Ukrayna ərazisindən tranzitinə dair hazırkı müqavilə 2024-cü ilin sonuna qədər qüvvədədir. Bundan sonra Ukraynanın tranzit razılaşmalarını davam etdirmək niyyəti yoxdur.

Avropa Komissiyası Rusiya qazının Ukraynanın GTS vasitəsilə Avropa ölkələrinə tranzitinin davam etdirilməsi üçün Rusiya ilə hər hansı danışıqlara qoşulmaq niyyətində deyil, əvəzində Rusiya qazından daha da imtina etmək üçün bütün lazımi tədbirləri görəcək. Mərkəzi Avropada Rusiya boru kəməri qazının qalan alıcıları alternativ idxal üzərində işləyirlər.

Samir

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
208
36
Mənbələr
Şərh ()
Bağla