AZ

Meydandan qovulan braziliyalı legionerin dəhlizdəki hakim HESABATI

Premyer Liqanın 33-cü turunun maraqlı matçlarından biri Tovuzda baş tutdu.

Tovuz şəhər stadionunda keçirilən "Kəpəz" - "Sumqayıt" oyunu bərabərliklə başa çatdı - 1:1.

İki qolun vurulduğu matçın son dəqiqələri xüsusilə gərgin keçib.

Əbəs deyil ki, baş hakim Tural Qurbanov əsas vaxta əlavə edilmiş 5 dəqiqədə qırmızı vərəqə üçün 3 dəfə əlini cibinə atmalı olub.

"Sumqayıt"da Vüqar Mustafayev, meydan sahiblərində isə Olavale Onanuqa və Martins Junior oyundan qovulub.

Braziliyalı baş hakimə çox sərt formada etiraz etməsilə yadda qalıb.

Hətta Qurbanova əl-qol atmağa belə özündə cürət tapıb.

Komanda yoldaşları çətinliklə onu sakitləşdirirək paltardəyişmə otağına yola sala bilib.

Amma Martinsin əsəbləri bununla da sakitlik tapmayıb.

Dəhlizdə hakimləri gözləyən legioner futbolçu baş hakimdən ona verilən qırmızı vərəqənin izahatını tələb edib.

Qalmaqalın böyüməsinə yaxınlıqda olan rəsmi şəxslər icazə verməyib.

XANOĞLAN / SPORTİNFO.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
Mənbələr
Şərh ()
Bağla