AZ

İtaliyada ictimai nəqliyyat işçiləri aksiya keçirib

İtaliyada ictimai nəqliyyat sektorunda çalışan işçilər həmkarlar ittifaqlarının çağırışı ilə 24 saatlıq tətil aksiyası elan ediblər.

Demokrat.az
xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Məlumata görə, aksiyada tələblər maaşların artırılması və iş vaxtının həftədə 39 saatdan 35 saata endirilməsidir. 

24 saatlıq aksiya Milan, Turin, Florensiya və Bolonya kimi şəhərlərlə yanaşı, paytaxt Romada da ictimai nəqliyyatda fasilələr yaradıb. 

Romada şəhər bələdiyyə avtobusları qismən fəaliyyət göstərdiyi halda, metro xətti tamamilə bağlanıb. 

Aysu
Demokrat.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
Mənbələr
Şərh ()
Bağla