AZ

Parlamentdə İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyası ilə görüş keçirilib

Bakı. Trend:

Mayın 6-da Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyailə mübarizə komitəsi ilə İnformasiya Təhlükəsizliyi üzrəKoordinasiya Komissiyasının görüşü keçirilib.

Trend xəbər verir ki, tədbiri giriş nitqi ilə açan komitə sədriZiyafət Əsgərov iclasın keçirilməsi üçün göstərilən dəstəyə görəMilli Məclisin sədri Sahibə Qafarovaya təşəkkür edib.

Komitə sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlhamƏliyevin cari ilin 14 fevral tarixində keçirilmiş andiçməmərasimində söylədiyi nitqə diqqəti çəkərək qeyd edib ki, ölkəprezidentinin çıxışında səsləndirilmiş “Texnoloji inkişaf,rəqəmsallaşma, kibertəhlükəsizlik, süni intellektin tətbiq edilməsi– bütün bunlar bizim gündəlik həyatımızın əlamətlərinəçevrilməlidir.

Dövlət qurumları, özəl sektor və cəmiyyətin bütün digərseqmentləri buna hazır olmalıdırlar. Əks təqdirdə, biz geridəqalacağıq” fikirlər konseptual xarakter daşıyır, bu sahənin mühüməhəmiyyətini vurğulamaqla yanaşı, qarşıya mühüm vəzifə və hədəflərqoyur.

Bildirilib ki, bu gün dünyada gedən texnoloji inkişafAzərbaycanda da öz təsirini bütün sahələrdə göstərməkdədir. Lakin,yeni texnologiyaların yaratdığı imkanlar özü ilə yeni təhdidlər dəgətirir. Şübhəsiz ki, bu təhdidlər milli təhlükəsizlik baxımındanaidiyyəti qurumlar tərəfindən ciddi nəzarətdə saxlanılır və lazımitədbirlər görülür. Təsadüfi deyildir ki, informasiyatəhlükəsizliyinin möhkəmləndirilməsi Azərbaycan Respublikasınınmilli təhlükəsizlik konsepsiyasında ən mühüm və uzunmüddətlivəzifələrdən biri kimi bəyan edilib.

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin(XRİTDX) rəisi, İnformasiya Təhlükəsizliyi üzrə KoordinasiyaKomissiyasının sədri İlqar Musayev çıxışında görüşün keçirilməsiüçün yaradılan şəraitə görə parlament rəhbərliyinə təşəkkürünübildirib.

Ölkəmizdə informasiya texnologiyaları və kibertəhlükəsizliksahəsində görülən işlər barədə geniş məlumat verən Xidmətin rəisivurğulayıb ki, bu gün Azərbaycanda informasiya-kommunikasiyatexnologiyaları sahəsindəki fəaliyyət Ümummilli lider HeydərƏliyevin böyük uzaqgörənliklə müəyyənləşdirdiyi strateji xətt üzrəuğurla davam etdirilir. İnformasiya texnologiyalarının əhəmiyyətivə onlardan geniş istifadənin zəruriliyi hər zaman ölkə Prezidenticənab İlham Əliyevin diqqət mərkəzindədir.

Qeyd olunub ki, hazırda yeni texnologiyaların tətbiqi, sürətliinternet xidmətlərinin əlçatanlığı, bu sahədə ölkəmizdə və dünyadauğurla tətbiq edilən yeniliklərlə yanaşı özü ilə birlikdə bir sıraproblemləri və riskləri də gətirməkdədir.

Daha sonra iclasda XRİTDX-in idarə rəisi Tural Məmmədov“İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsindəölkəmizdə mövcud vəziyyət: Görülmüş işlər - problemlər” mövzusunda,şöbə rəisi Elgin Abdullayev “İnformasiya təhlükəsizliyi vəkibertəhlükəsizlik sahəsində yeni reallıqlar qanunvericilikaktlarında: Beynəlxalq təcrübə və ölkəmizdə mövcud vəziyyət”mövzusunda təqdimatlarla çıxış ediblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
5
Mənbələr
Şərh ()
Bağla