AZ

Əbədi bir günəş doğur - Vətən Naminə

">

Adını Heydər qoydular. Sadə azərbaycanlı ailəsində gündüzlər günəşi, gecələr ayı salamlayan balaca Heydərin taleyinə uca Yaradan öz mübarək möhürünü vurmuşdu. Kiçik yaşlarından ailənin bütün problemlərinə öz kövrək çiyinlərini dayaq kimi verən Heydər zəhmətkeşliyi, əzmkarlığı, istiqanlılığı və səmimiyyəti təkcə valideynlərinin deyil, yaxınlarının, onu tanıyanların, demək olar ki, hər kəsin sevimlisinə çevrilmişdi.

Ulu bir türk yurdunda, insanlığın bünövrəsinin qoyulduğu bir torpaqda doğulmaq Heydər Əliyevin ən böyük xoşbəxtliyi idi. Onun damarlarından ulu türk babalarının hər damlasında ilahi işıq seli ilə yüklənmiş qanı axırdı. Bu qan onu gələcək mübarizələrə, çətin, lakin işıqlı yollara və ən böyük uğurlara səsləyirdi.

Artıq məktəb illərində müəllimlər Azərbaycan xalqının taleyinə günəş kimi doğacaq bir ziyalının, bir azərbaycanlının varlığına sevinirdilər. Öz iti zəkası, zəngin mütailəsi, sərbəst şəkildə fikirlərini dilimizin bütün incəliklərinə, qayda-qanunlarına söykənərək ifadə etməyi bacaran, ədəbiyyatımızın keçdiyi tarixi inkişaf mərhələsini, Nizaminin, Füzulinin, Nəsiminin, Vaqifin, Dədə Ələsgərin,  Səməd Vurğunun və Turan sevdalısı Cavidin əsərlərini sevə-sevə oxuyub onu yaddaşına həkk edən Heydər Əliyev gələcək perspektivlərini Vətən sevgisi üzərində qurmaqla öz gələcəyini müəyyənləşdirdi.

 

Könül Nəbizadə Fəxrəddin qızı

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
205
Mənbələr
Şərh ()
Bağla