AZ

De Rossi “Yuventus”la oyun haqda: “Oyunçularımla fəxr edirəm”

“Roma”nın baş məşqçisi Daniele De Rossi İtaliya A Seriyasının 35-ci turu çərçivəsində qarşılaşdıqları “Yuventus”la ev oyununu şərh edib.

Arena.az xəbər verir ki, italyan mütəxəssis 1:1 hesabıyla başa çatmış oyundan sonra bunları söyləyib:

“Əla oyun sərgilədik. Mən ancaq fəxr edib sevinə bilərəm. Heç-heçə bizi sevindirə bilməz, amma uşaqlarda münasibət, irəli getmək istəyi var, bu isə məni sevindirir. Qələbə qazanmaq istəyirdik. Biz fikir aydınlığını qoruyaraq səy göstərməyi bacarmalıyıq”, deyə De Rossi vurğulayıb.

35 turdan sonra “Roma” 60 xalla A Seriyasının yarış cədvəlində 5-ci, “Yuventus” isə 66 xalla 3-cü pillədə qərarlaşıb. İtaliya çempionatına artıq çempionluğu təmin etmiş “İnter” 89 xalla başçılıq edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
Mənbələr
Şərh ()
Bağla